İyunun 2-də Türkiyənin şərqindəki Bitlis vilayətinin Datvan bölgəsində Türkiyə qüvvələri ilə kürd yaraqlılar arasında baş verən qarşıdurma nəticəsində bir türk əsgər ölüb, beş əsgər yaralanıb.
“Ermənihaber” saytına əsasən, Türkiyə silahlı qüvvələrinin hərbi əməliyyatları Türkiyədə terror təşkilatı sayılan "Kürdüstan İşçi Partiyası" (PKK) hərbi-siyasi təşkilatına qarşı aparılır.
Daha sonra məlum olub ki, kürd yaraqlılarla qarşıdurma nəticəsində xəstəxanaya yerləşdirilən türk əsgərlərindən biri olan leytenant Bakı Koçak da ölüb.
Qarşıdurmalardan sonra Türkiyə qüvvələri Bitlisdə kürd yaraqlılara qarşı geniş miqyaslı hava hücumu əməliyyatı başladıb.