Hollandiyanın Xarici işlər naziri vəzifəsini icra edən Sixrid Kaax parlamentə göndərdiyi məktubda Aİ Xarici İşlər Nazirləri Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə toxunaraq, erməni əsirlərin dərhal sərbəst buraxılmasının vacibliyini vurğuladı. Məktubda hemçinin Sexers və Fan Der Staa qətnamələri əsasında bölgəyə YUNESKO tərəfindən mədəni irsin qiymətləndirilməsi üçün missiya gönsərilməsinin vacibliyi qeyd edildi.
Hollandiya qoşunların iki ölkə arasındakı sərhəddən dərhal geri çəkilməsinin və danışıqlar masasına qayıtmasının vacibliyini də vurğuladı.
“28 mayda Hollandiyanın da təşəbbüsü ilə Aİ sərhəddəki inkişafdan dərin narahatlığını ifadə edən və gərginliyin azaldılmasının vacibliyini vurğulayan yeni bir ortaq bəyanatla çıxış etdi. Qoşunları dərhal sərhəddən geri çəkməyə çağırırıq. Demarkasiya məsələsi yalnız danışıqlar yolu ilə həll olunmalıdır. Bəyanatda, eyni zamanda, Azərbaycan erməni əsirləri dərhal azad etməyə çağırılır”,-deyə Xİ naziri qeyd etdi.