Azərbaycan Müdafiə nazirliyi daha bir dezinformasiya yayıb ki, 40 erməni hərbçi iyunun 1-də axşam saatlarında Azərbaycanın sərhədini keçib, ondan sonra Azərbaycan silahlı qüvvələrinin bölmələri onları "başlanğıc mövqelərinə qayıtmağa məcbur edib".
Aydındır ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu cür dezinformasiyaları ER Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhəd vəziyyətini gərginləşdirmək cəhdləri barədə beynəlxalq ictimaiyyətdə təəssürat yaratmaq və Azərbaycan silahlı qüvvələri tərəfindən mayın 12-də və 13-də Ermənistan Respublikası ərazisinə girməsi təxribatını tarazlaşdırmaq üçün yayımlayır.
Ermənistan Respublikası Müdafiə nazirliyi bildirir ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri nə iyunun 1-də, nə də ondan əvvəlki günlərdə Azərbaycan Respublikasının sərhədini keçməyib, bununla bağlı bütün iddialar o ölkənin Müdafiə nazirliyi tərəfindən yayılan dezinformasiyadır və onun həcmi son vaxtlar xeyli artıb. Xüsusilə, bir neçə gün əvvəl Azərbaycan MN iddia edirdi ki, erməni tərəfi nəinki Ermənistan-Azərbaycan sərhədində, həm də Şuşi istiqamətindəki Azərbaycan mövqelərinə atəş açıb və bu, Ermənistan Müdafiə nazirliyi və Artsax Respublikasındakı Rusiya sülhməramlı missiyasının komandanlığı tərəfindən təkzib olundu.