Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin Syunik bölgəsinə səfərinin ikinci günü Meğridə idi.
Ermənistan-İran dövlət sərhədində səfir ER Dövlət Gəlir Komitəsinin nümayəndələri ilə görüşdü və Aİ tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıqla maliyyələşdirilən Meğri sərhəd-keçid mətəqəsinin modernləşdirilməsi istiqamətində planlaşdırılan işləri müzakirə etdi.
Səfir Viktorin bu layihənin Aİ, AYİB və Ermənistan vətəndaşları üçün əhəmiyyətini vurğuladı. Tərəflər keçid məntəqəsinin inşasına ən qısa zamanda başlamaq barədə razılığa gəliblər.