ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın başçılıq etdiyi nümayəbndə heyəti Fransaya getdi. Bu barədə “Armenpress” məlumat yayıb.
İyunun 1-də Nikol Paşinyan Fransa Prezidenti Emanuel Makron, Parlamentin sədri Rişar Feran və Senatın sədri Jerar Larşe ilə görüşəcəkdir.
İyunun 2-də Brüsseldə Nikol Paşinyanın Avropa Şurasının sədri Şarl Mişel ilə görüşü olacaqdır. Nikol Paşinyanın Belçika Krallığının Baş naziri Aleksandr De Krolya da görüşü planlaşdırılır.