RF Prezidenti Vladimir Putin ER Baş nazirinin vəzifəsini icraz edən Nikol Paşinyanı ad günü münasibətilə təbrik etdi.
“Hörmətli Nikol Vovayeviç,
Doğum gününüz münasibətilə mənim səmimi təbriklərimi qəbul edin.
Rusiya və Ermənistan arasındakı münasibətlər çox səmərəli şəkildə inkişaf edir. Əminəm ki, dost xalqlarımızın rifahı naminə, Zaqafqaziya bölgəsində sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə birgə səylərlə bundan sonra da mümkün olduğu qədər ikitərəfli müttəfiq əlaqələri gücləndirəcəyik
Sizə ürəkdən can sağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar diləyirəm”.