Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Fransada Paris meri An İdalgo ilə görüşüb.
Paris şəhərinin meri Nikol Paşinyanın Fransaya səfərini alqışlayaraq qeyd etdi ki, Fransa həmişə Ermənistanın yanındadır.
“Ermənistan üçün bu çətin vəziyyətdə mövqeyimiz aydındır. Biz Ermənistanı və erməni xalqını yalnız buraxmayacağıq.
Nikol Paşinyan Fransa qeyd etdi ki, iki ölkənin paytaxtları arasında əməkdaşlığı getdikcə daha sıx olacaq.
“Bu çox vacib bir təşəbbüsdür. Ümid edirəm ki, paytaxtlarımız arasında xüsusilə təhsil, infrastruktur və turizm sahələrində əməkdaşlıq daha da dərinləşəcək”,- deyə Nikol Paşinyan qeyd etdi.
An İdalgo Ermənistana səfərinə əhəmiyyət verib. Paris meri müharibədən sonra Ermənistanda yaranmış vəziyyətə toxunub.
“Bu sadəcə Ermənistanın taleyi deyildir, bizim və Ermənistanın taleləri bir-birinə bağlıdır. Erməni Soyqırımının cinayət məsuliyyətinə cəlb edilməsi üçün ardıcıl addımlarımızı davam etdirəcəyik”,- deyə Parisin meri vurğuladı.