Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı ad günü münasibətilə təbrik etdi.
“Hörmətli Nikol Vovayeviç,
RF Hökuməti və şəxsən mənim adımdan Sizi ad gününüz münasibətilə təbrik edirəm.
Rusiya-Ermənistan arasındakı dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gücləndirilməsində Sizin şəxsi töhfənizi vurğulamaq istəyirəm. Ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar əməkdaşlıq dinamik inkişaf edir, müxtəlif sahələrdə böyük ortaq layihələr uğurla həyata keçirilir.
Əminəm ki, Hökumətlər arasında aktiv işlər ikitərəfli və qarşılıqlı əməkdaşlığın gələcək genişlənməsinə təhfə verəcəkdir. Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi üçün əlverişli şərait yaradacaqdır. Bu, Rusiya Federasiyası və Ermənistan Respublikasının maraqlarına tam uyğundur.
Hörmətli Nikol Vovayeviç, Sizə ürəkdən cansağlığı, firavanlıq və məsuliyyətli dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.