Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət naziri Vendi Morton Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunub.
“Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlikdən dərindən narahatıq. Birləşmış Krallığı tərəfləri dərhal qoşunlarını geri çəkməyə, eskalasiya hərəkətlərindən və yeni minaların yerləşdirilməsindən çəkinməyə çağırır. Tərəfləri sərhədlərin müəyyənləşdirilməsinə dair ön şərt olmadan konstruktiv danışıqlar başlamağa çağırıq”,- deyə Morton Twitter mikrobloqunda yazdı.