ABŞ rəhbərliyi Ermənistana 25 milyon dollar yardım təklif etdi. Bu, ABŞ Konqresinin Erməni İşləri üzrə Komitənin təklif etdiyi 100 milyon dollarlıq humanitar yardımın dörddə biridir. Bu barədə ABŞ-dakı Hay Dat Komitəsi Facebookda məlumat yayıb.
Qeyd olunub ki, ABŞ neftlə zəngin Azərbaycana hərbi yardım olaraq 120 milyon dollardan çox pul ayırıb, ancaq Ağ Ev Azərbaycan SQ-i əməliyyatları nəticəsində didərgin düşmüş 100 min erməniyə bu pulun sadəcə bir qismini təklif edir.
“ABŞ Konqresinin Ağ Ev təklifini rədd etməsini və Ermənistana və Artsaxa ağlabatan kömək göstərməsini tələb edirik”,-məlumatda deyilir.