31 mayda Ermənistan müdafiə nazirinin vəzifəsini icra edən Vağarşak Harutyunyanla Rusiya müdafiə naziri Sergey Şoyqu tələfonla danışdı.
İki strateji müttəfiq olan ölkənin MN başçıları Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və bunun həlli ilə bağlı ötən həftə Moskvada keçirilən görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsinin yollarını müzakirə etdilər.
Həmsöhbətlər ER Silahlı Qüvvələrində başlanan islahatların əsas istiqamətlərinə, Artsax Respublikasında Rusiya sülhməramlı kontingentinin həyata keçirdiyi missiyanın gedişatına, regional təhlükəsizlik məsələlərinə və birgə hərəkətlərlə əlaqəli bir sıra məsələlərə toxundular.