“Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə tutularaq Türkiyəyə gətirilib.
S. Gülən Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat nəticəsində tutulub.
O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir.