ATƏT Ermənistan və Azərbaycana sərhəddəki gərginliyi azaltmaq üçün etimad mühitinin yaradılmasında kömək etməyə hazırdır. ATƏT-in İsveç sədrliyindən “Armenpress”ə verilən məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici işlər naziri Ann Linde erməni və azərbaycanlı həmkarları ilə söhbətlərində deyib. O, məsələnin sülh və diplomatik yolu ilə həllini vacib sayıb.
“Fəaliyyətdə olan sədr vəziyyəti sülh yolu ilə həll etməyə hazır olduğunu alqışlayır və ümid edir ki, danışıqlar davam edəcək və ən qısa zamanda diplomatik həll yolu tapılacaqdır. ATƏT-in fəaliyyətdə olan sədrinin tərəflərlə söhbətlərində qeyd etdiyi kimi, ATƏT gərginliyi azaltmaq və tərəflərin danışıqlarını konstruktiv şəkildə davam etdirə biləcəkləri mühit yaratmaq məqsədi ilə tərəflərə inam yaratmaqda kömək etməyə hazırdır”- deyə “Armenpress”ə bildiriblər.