Bölgədəki nəqliyyat əlaqələrinin blokadadan çıxarılması kontekstində Sovet İttifaqı dövründə fəaliyyət göstərən dəmir yolu infrastrukturlarının və yolların bərpası və bunlarla bərabər hüquq və şərtlərlə yük daşımalarının həyata keçirilməsi imkanları daha çox görünür.
Bu barədə Ermənistan-Rusiya-Azərbaycan işçi qrupundakı Ermənistan Respublikasının nümayəndəsi, ER Baş nazirinin müzavini vəzifəsini icra edən Mher Qrigoryan bildirib və qeyd edib ki, yaxın gələcəkdə üçtərəfli işçi qrupunun işi davam edilirsə, bu imkanları müzakirə olunacaqdır.
O bir daha qeyd edib ki, regional nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üçün aparılan işlərdə Ermənistan Respublikası "dəhliz" məntiqi ilə məsələləri müzakirə etməyib və müzakirə etməyəcəkdir.