Kanada Xarici İşlər Nazirliyi rəsmi Twitter səhifəsində bu yaxınlarda erməni hərbçilərin əsir tutulmasına münasibət bildirdi.
“Kanada Azərbaycan silahlı qüvvələri tərəfindən altı erməni hərbçinin əsir götürülməsi və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasından çox narahatdır. Bütün məsələləri ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları yolu ilə həll etməyə çağırırıq ",- deyə XİN bəyanatında qeyd olunub.