Lüksemburq Xarici İşlər Nazirliyi bütün erməni hərbi əsirləri və saxlanılan şəxsləri dərhal azad etməyə çağırdı. Bu barədə Avropa Birliyinin üzv ölkəsinin xarici işlər nazirliyi Twitter mikrobloqunda yazdı.
“Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr təhlükəlidir və narahatedicidır. Gərginliyi dərhal azaltmaq lazımdır. Biz Azərbaycanı bütün hərbi əsirləri və saxlanılan şəxsləri dərhal azad etməyə çağırırıq",- deyə XİN yazdı.