Moskvada Ermənistan müdafiə nazirinin vəzifəsini icra edən Vağarşak Harutyunyanla Rusiya müdafiə naziri Sergey Şoyqunun görüşü olub.
Sergey Şoyqu qeyd etdi ki, hərbi əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində, ilk növbədə, KTMT çərçivəsində gücləndirilir.
Rusiyanın müdafiə nazirinin sözlərinə görə, birgə qoşun qruplaşmasının, eyni zamanda Qafqaz bölgəsində ortaq hava hücumundan müdafiə sisteminin yaradılması barədə razılaşmalar uğurla həyata keçirilir.
Sergey Şoyqu vurğuladı ki, Ermənistandakı 102-ci Rusiya hərbi bazasının fəaliyyəti əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir.