Avropa Birliyinin üzv ölkələrinin xarici işlər nazirləri Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcəklər.
Bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borel bildirdi.
“Mənim adımdan Avropa Birliyinin nazirləri hazırkı regional inkişaflarda iştirak etməyə hazır olduğumuzu təsdiqləmək üçün üç Qafqaz ölkəsinə səfər edəcəklər”,- deyə Borel bildirdi.