ATƏT Minsk qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Həmsədrlər (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Endryu Şofer) mayın 27-28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filipo Grandi ilə müşavirələr aparıblar. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak etdi.
Həmsədrlər bütün hərbi əsirləri və digər şəxsləri azad etməyə çağırıb.
Həmsədrlər tərəfləri 9 noyabr atəşkəs bəyanatına uyğun olaraq üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırır. Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı məlumatları da narahatlıqla qeyd edirlər.
Sərhəd mübahisələrini həll etmək üçün güc tətbiqi və ya güc tətbiqinə dair təhdidlər. Biz tərəfləri Ermənistanla Azərbaycan arasındakı vəziyyəti deeskalasiya etmək üçün qüvvələrin çəkilməsi daxil olmaqla təcili addımlar atmağa və sərhədlərin sülh yolu ilə delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamağa çağırırıq. Həmsədrlər bu prosesə yardım etməyə hazırdırlar”,- deyə bəyanatda qeyd olunur.
Həmsədrlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları ən qısa zamanda bərpa etməyə çağırır