Kataloniyanın Parlamenti Azərbaycan hakimiyyətindən bütün erməni hərbi əsirlərini dərhal azad etməsini tələb edən institusional bəyanat qəbul etdi.
Bəyanatda qeyd olunur ki, 2020-ci il noyabrın 9-da Ermənistan və Azərbaycan arasında atəşkəs bəyanatı imzalandı. Bəyanatda hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi xüsusi şəkildə qeyd olunur.
Lakin bəyanatdan altı ay sonra Azərbaycan mühüm humanitar müddəalardan birini- hərbi əsirlərin azad edilməsini yerinə yetmir. Bəyanatda bildirilib ki, Azərbaycanda əsirlikdə 200-dən çox hərbi əsir var.
Kataloniya parlamentinə görə, əsirlərin azad edilməsi danışıqlar yolu ilə son sülh üçün bir şərtdir. Qanun zorakılıqdan üstün olmalıdır.
Kataloniya Parlamenti Azərbaycan hakimiyyətini erməni əsirlərini dərhal azad etməyə çağırıb.