İranın prezidentliynə namizəd Seyid İbrahim Rəisi bildirdi ki, seçildiyi halda İslam Respublikasının vətəndaşlarının iqtisadi problemlərini həll etmək üçün əvvəlcə qonşu ölkələrlə, daha sonra dünyanın digər ölkələri ilə iqtisadi əlaqələri stimullaşdıracaq.
Bu barədə “Tasnim” informasiya agentliyi bildirdi.
Ölkənin işadamları ilə görüşündə İran prezidentliyinə namizəd qeyd etdi ki, yeni rəhbərlik ölkəni iqtisadi böhrandan çıxarmaq və inkişaf etdirmək üçün bütün tədbirləri etməlidir.
O həmşinin qeyd etdi ki, diplomatiya sayəsində İran regiondakı ölkələrlə yaxşı münasibətlər qura bilər.