Mayın 12-dən bəri Ermənistanın suveren ərazisinə daxil olmuş Azərbaycan hərbi birləşmələri bir sıra istiqamətlərdə təxribat xarakterli hərəkətlərini davam etdirirlər. Onlardan birinin nəticəsində mayın 27-də səhər tezdən Geğarkunik bölgəsinin sərhəd bölgəsində mühəndis işləri apararkən ER Silahlı Qüvvələrinin altı hərbçisi Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən mühasirəyə alındı və əsir götürüldü.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən bu təxribat xarakterli hərəkətlər regional sülh və sabitliyi ciddi şəkildə təhlükə altına alır və vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.
“Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq etməsini qətiyyətlə pisləyirik və vurğulayırık ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi Azərbaycan silahlı qüvvələrinin bütün hərəkətləri və bunların nəticələri üçün məsuliyyət daşıyır.
Əsir götürülmüş erməni hərbçilər dərhal və qeyd-şərtsiz geri qaytarılmalıdırlar",-bəyanatda deyilir.