Baş verən insidentlərin Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti yoxdur. Azərbaycan-Ermənistan sərhədində baş verən insidentin əsas səbəbi SSRİ dövründən miras qalan Azərbaycan-Ermənistan sərhədinin beynəlxalq hüquqi cəhətdən formalaşmamasıdır.
Bu barədə Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Hesab edirik ki, bu vəziyyəti sülh yolu ilə həll etmək lazımdır. Bu problemin uzunmüddətli həll yolu kimi sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürük. Rusiya kömək etməyə hazırdır”,-deyə Mariya Zaxarova qeyd etdi.