İran xarici işlər naziri Ermənistandadır. Ermənistan-İran münasibətlərinin perspektivlərinə toxunan Baş nazir müavini vəzifəsini icra edən Tigran Avinyan, İranın tərəfdaşları ilə böyük proqramların olduğunu qeyd etdi.
“Birincisi, Fars Körfəzi - Qara dəniz layihəsidir. İclaslardan biri 1-2 ay əvvəl oldu. Növbəti iclas Bolqarıstanda olacaqdır.
İkincisi, energetik sahəsi ilə bağlı layihədir. Hazırda İranla üçüncü yüksək gərginlikli xətt çəkirik, İran tərəfi ilə qaz və elektrik mübadiləsi sazişimiz var. Bu mərhələdə bu sazişin uzadılması barədə də danışıqlar aparılır.
Əslində, bu böyük layihələrə əlavə olaraq ticarət dövriyyəmiz də müəyyən dərəcədə artır və hazırkı vəziyyətdə iki tərəf də bu layihələrin inkişafına əhəmiyyət verir”,- deyə Avinyan qeyd etdi.