Mayın 26-da ER parlamentinin prezidenti Ararat Mirzoyan Argentina Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mariano Verqaranı qəbul etdi.
Mirzoyanın sözlərinə görə, böyük coğrafi məsafəyə baxmayaraq, iki ölkə arasında dost münasibətlər və konstruktiv siyasi dialoq mövcuddur. Bu kontekstdə parlamentin sədri parlamentlərarası əlaqələrin gücləndirilməsinə, parlament dostluq qruplarının fəaliyyətinə əhəmiyyət verdi.
Mirzoyan Türkiyənin dəstəyi ilə Azərbaycan tərəfindən Dağlıq Qarabağ ermənilərinə qarşı başladılmış müharibəyə, muzdluların hərbi əməliyyatlarda iştirakına, müharibə zamanı müharibə cinayətlərinin törədilməsinə və mülki əhalinin hədəflənməsinə, qadağan olunmuş silahların istifadəsinə toxundu.
O qeyd etdi ki,əldə olunmuş atəşkəsə baxmayaraq, AZərbaycan indiyədək beynəlxalq humanitar hüququnu pozur və erməni hərbi əsirləri sərbəst buraxmır. Üstəlik onlara qarşı saxta cinayət işləri açır.
Parlament sədrinin sözlərinə görə, Azərbaycan anti-erməni siyasətini və təcavüzkar anti-erməni bəyanatlarını davam etdirir ki, bu da Dağlıq Qarabağ ermənilərinin heç vaxt bu ölkədə təhlükəsiz yaşaya bilməyəcəklərini göstərir.
Mirzoyan, eyni zamanda, Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə daxil olmasına da toxunaraq qeyd etdi ki, bir çox ölkələr Ermənistan ərazisindən Azərbaycan qoşunlarının dərhal çıxarılmasını tələb etdilər.