ER parlamentinin “Mənim addım” fraksiyasının deputatı Tatevik Hayrapetyan parlamentdə çıxış edərkən sərhəddəki vəziyyətə toxundu. Deputat qeyd etdi ki, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Azərbaycan ER ərazisindən qoşunlarını çıxartmaqdan imtina edir.
“Azərbaycan prezidentinin anti-erməni çıxışlarına son yoxdur. Eyni zamanda dünən, 9 noyabr bəyanatından sonra itkimiz oldu. Azərbaycanın bu hərəkətləri yolverilməzdir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin reaksiyaları aydındır: Azərbaycan silahlı qüvvələri Ermənistanın suveren ərazisini tərk etməlidir. Bu yaxınlarda Avropa ölkələrindən bir sıra səfirlər Syunikə səfəri zamanı dəqiq qiymətləndirmələr etdilər”,-deyə deputat vurğuladı.