“Şübhə yoxdur ki, Ermənistanın ərazi bütövlüyünə edilən bu təcavüz, Azərbaycanın keçən il 27 sentyabr tarixində Artsax xalqının öz müqəddəratını təyin etməsinə və yaşamaq hüququna qarşı apardığı müharibəyə, habelə regional sülhə təhdid edən hərəkətlərə qeyri-adekvat beynəlxalq və regional cavabın birbaşa nəticəsidir.
Cəzasızlıqdan ilhamlanaraq Azərbaycan regional sabitliklə maraqlanan ölkələrin maraqlarına uyğun olmayan yeni geosiyasi reallıqlar yaratmağa çalışır. Bu şərtlərdə regional tərəfdaşlarımızla dialoq xüsusi əhəmiyyət daşıyır”,-deyə ER Xİ nazirinin vəzifəsini icra edən Ara Ayvazyan İran XİN başçısı ilə görüşdə bildirdi.