ER Parlamentinin deputatı Tatevik Hayrapetyan “Facebook” hesabında yazdı ki, Avropa Şurasının məruzəçisi Pol Gava Avropa Şurasının iclasında Ermənistana səfərinə toxunub.
“Cənəb Gava vurğuladı ki, Dağlıq Qarabağa səfər etməsi çox vacibdir və siyasətdən asılı olmayaraq, humanitar məsələlər olduğu təqdirdə Artsaxa səfərlər əngəllənməməlidir”,- deyə deputat yazdı.
Tatevik Hayrapetyan bildirdi ki, çıxışında Azərbaycanda qanunsuz olaraq əsirlikdə saxlanılan erməni əsirlərin məsələsini qaldırdı.
“Azərbaycan Milli Məclisinin sədri Avropa Parlamentinin bütün erməni əsirlərini dərhal azadlığa buraxmağı tələb edən son qətnaməsini "bir kağız" kimi adlandırdı. Bu, rəsmi Bakının beynəlxalq ictimaiyyətin çağırışlarına münasibətini göstərir, ona görə də bu məsələ təcili həll tələb edir”,- deyə Tatevik Hayrapetyan yazdı.