Mayın 25-də Xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Avstriya xarici işlər naziri Alexander Şalenberg ilə telefon danışığı keçirib.
Telefon danışığı zamanı Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə zorla daxil olunması nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
Ermənistan Respublikasının Xarici İşlər Nazirinin vəzifəsini icra edən Ara Ayvazyan Ermənistan prinsipial mövqeyini bir daha təsdiqlədi - Azərbaycan Silahlı Qüvvələrin Ermənistan Respublikasının suveren ərazisindən dərhal və qeyd-şərtsiz çıxmalıdır.
Hər iki tərəf regional sabitliyi və təhlükəsizliyi qorumağın vacibliyini vurğuladı. Onlar Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli və müharibədən sonra təcili humanitar məsələlərin həllinə əhəmiyyat veriblər.
Tərəflər ikitərəfli gündəliyin bir sıra məsələləri barədə də fikir mübadiləsi aparıblar.