Ermənistanda son sutkada koronavirusa 157 yoluxma qeydə alınıb, 259 nəfər sağalıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 222 139-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 6 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 400-ə yüksəlib.
Koronavirusa yoluxan 211634 pasiyent sağalıb. Hazırda 5 028 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1065211 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1077 nəfərdir.