KTMT Baş katibinin müavini Valeri Semerikov Ermənistan-Azərbaycan sərhədindəki böhran vəziyyətinə toxundu.
Təşkilatın kollektiv qərargahının iclasında çıxış edən Semerikov, uzunmüddətli sülh perspektivinin Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti və davam edən danışıqlar prosesi ilə gücləndiyini qeyd etdi.
O əlavə edib ki, "Ermənistan-Azərbaycan sərhədindəki son gərginlik, ilk növbədə, siyasi-diplomatik xarakterli təcili tədbirlər tələb edir".