ER Xarici İşlər Nazirliyi, erməni hərbi əsirlərinin Azərbaycan tərəfindən cinayət təqibinə məruz qalması ilə bağlı açıqlama yaydı:
“Azərbaycan tərəfindən Artsaxa son təcavüzü zamanı əsir götürülmüş Lyudvik Mkrtçyan və Alyoşa Xosrovyana qarşı rəsmi Bakının cinayət təqibini qətiyyətlə pisləyirik. Beynəlxalq humanitar hüququna, xüsusilə də Cenevrə Konvensiyalarına əsasən, onlar hərbi əsir sayılır və onlar hərbi əməliyyatlardan sonra azad buraxılmalı idi. Lakin Azərbaycan onlara qarşı süni cinayət işləri açır və beynəlxalq humanitar hüquq noemalarını və 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərini açıq şəkildə pozur.
Beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Azərbaycan erməni əsirlərindən siyasi girov kimi istifadə etməyə, onlara işgəncə verməyə davam edir:
Qeyd etmək lazımdır ki, Azərbaycan indiyədək erməni əsirlər və mülki şəxslərə qarşı qəddar və qeyri-insani rəftar göstərmiş, onları qətlə yetirmiş şəxsləri məsuliyyətə cəlb edilməyib, baxmayaraq ki bu şəxslər törətdikləri cinayətləri açıq şəkildə yayımlamışdılar.
Rəsmi Bakı aydın şəkildə AİHM-in Azərbaycanda saxlanılan erməni hərbçilər və mülki şəxslər barədə məlumat təqdim etməni tələb edən müvafiq qərarlarına məhəl qoymur. Nəticədə, 2021-ci il martın 9-da məhkəmə reqlamentinin 39-cü maddəsinin 2-ci hissəsinə əsasən, AİHM Avropa Şurası Nazirlər Komitəsini Azərbaycana qarşı müvəqqəti tədbirləri barədə xəbərdar etməyə qərar verdi.
Azərbaycanda girov saxlanılan erməni hərbi əsirlər və mülki şəxslər, əsirlik şəraitindən asılı olmayaraq ən qısa müddətdə sərbəst buraxılmalı və heç bir şərt qoyulmadan vətənə göndərilməlidir”,-bəyanatda deyilir.