Mayın 25-də “Gəncə işi” üzrə həbs olunanların bir qrup ailə üzvü Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinin ofisinin qarşısında “Gəncə məhbuslarına azadlıq!”, “Saxta ittihamlara son!” şüarları ilə aksiya keçirib.
"Turan"-ın xəbərinə görə, Aksiya iştirakçıları həbsdə olan ailə üzvlərinin azad edilməsi tələbləri səsləndirib.
Aksiya iştirakçılarının sözlərinə görə, hökumət və hüquq mühafizə orqanlarında onların tələblərini dinləsələr də əməl edilmirlər.
“Biz istərdik ki, Azərbaycan məhkəmələri ədalətli qərarlar versin, saxta ittihamlara son qoyulsun. Amma, məhkəmələr ədalətli qərarlar vermir. Bu səbəbdən də beynəlxqalq təşkilatlara müraciət etməyə məcbur qalırıq. İstəyirik ki, ölkəmizin məhkəmələrində ədalətli qərarlara beynəlxalq təşkilatların köməyi ilə nail olaq,”,-etirazçılar qeyd edib.