Mayın 25-də ER xarici işlər nazirinin vəzifəsini icra edən Ara Ayvazyan KTMT üzv ölkələrinin Ermənistandakı səfirlərini ( Sergey Kopirkini (Rusiya), Aleksandr Konyukin (Belarus) və Nolat İmanbayevi (Qazaxıstan) qəbul etdi.
Görüş zamanı mayın 12-dən bəri ER sərhədyanı vilayətlərində Azərbaycan silahlı qüvvələrinin qanunsuz hərbi daxil olunması müzakirə olunub. Azərbaycanın hərəkətləri nəticəsində mayın 25-də ER hərbi qulluqçusu həlak olub.
ER XİN başçısı qeyd etdi ki, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq Azərbaycan nəinki silahlı qüvvələrini ER ərazisindən çıxartmır, həm də KTMT üzv ölkələrinə qarşı yeni qanunsuz hərəkətlərə əl atır.
Ayvazyan bildirdi ki, beynəlxalq ictimaiyyət tərəfindən, ilk növbədə KTMT və KTMT üzv dövlətləri tərəfindən Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi ölümcül hərəkətlərə adekvat qiymətləndirmə və cavab verməməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Bu da regional təhlükəsizlik və və sabitlik baxımından ən pis nəticələrə səbəb ola bilər.