Mayın 24-də Ermənistanın Xarici İşlər nazirinin vəzifəsini icra edən Ara Ayvazyan ATƏT ölkələrinin Ermənistandakı səfirlərini qəbul etdi.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin geniş kontekstində, regional təhlükəsizlik və sülh məsələləri müzakirə olunub.
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisinə zorla daxil olunması səbəbindən Ermənistanın sərhəd bölgələrindəki vəziyyət də görüşün gündəmində olub.
Xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan son hadisələri təqdim edərək Ermənistanın bu məsələni siyasi-diplomatik yollarla həll etməyə hazır olduğunu bir daha təsdiqlədi.
Ara Ayvazyan qeyd etdi ki, Ermənistan Respublikasının suveren ərazisinə olan hər hansı bir təcavüz yolverilməzdir və vəziyyətin daha da gərginləşməməsi üçün Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikası ərazisini dərhal və qeyd-şərtsiz tərk etməlidir.
Həmsöhbətlər mövcud vəziyyətdə atılan addımlar barədə fikir mübadiləsi apardılar.