Türkiyə Azərbaycanla birgə 44 günlük müharibə zamanı beynəlxalq konvensiyaların pozulmasına görə cavabdehdir. Ermənistan ilk dəfə olaraq Avropa İnsan Haqları Məhkəməsinə Türkiyəyə qarşı dövlətlərarası şikayət verib.
AİHM-də Ermənistanın nümayəndəsi Eğişe Kirakosyan bildirdi ki, Türkiyə müharibə boyunca həm siyasi, həm də hərbi baxımdan yardım göstərdi.O, birbaşa iştirak edirdi.
Ermənistanın AİHM-dəki nümayəndəsi müharibənin ilk günlərindən bəri beynəlxalq birliyinin Türkiyənin terrorçu və ekstremist muzdliların Azərbaycana göndərilməsi ilə bağlı iddialarını xatırladır.
“Muzdluların Türkiyə vasitəsi ilə Azərbaycana gətirilməsi konvensiyanın pozulmasıdır. Müharibə zamanı toplanan geniş sübutlar şikayətə əlavə edildi. Məhkəməyə təqdim edildi, təsdiqini aldı”,- deyə o qeyd etdi.
Erməni əsirlərinə qarşı Bakının başlatdığı saxta cinayət işlərinə gəldikdə isə, Azərbaycan mətbuatı yazdı ki, iki erməniyə qarşı məhkəmə başlayacaq.
Lyudvik Mkrtçyan və Alyoşa Xosrovyan Bakı tərəfindən Birinci Artsax müharibəsi dövründə azərbaycanlı əsirlərə işgəncə verməkdə günahlandırılır. Bundan əvvəl Livanlıerməni Vigen Eluçekcyanın işi də hərbi məhkəməyə göndərilib.
“İttihamlar saxtadır, bizi və Azərbaycanı güzgü məntiqi ilə eyniləşdirməyə çalışırlar”,- deyə Eğişe Kirakosyan bildirdi.
Avropa Məhkəməsində hərbi əsirlərin nümayəndəsi Artak Zeynalyanın sözlərinə görə, Azərbaycan bütün bunları erməni əsirlərinin məhbus kimi təqdim etmək üçün edir.
Azarbaycan bunu sadəcə zaman qazanmaq üçün edir.
“Gec-tez hamısını təhvil verməlidir, bu insanlar qanunsuz olaraq mühakimə olunur. Hər hansı bir hüququn pozulması Azərbaycan üçün əlavə məsuliyyət yaradacaq. Məhkəmə yolu ilə onları ziyarət etmək üçün Azərbaycana müraciət etdik, lakin qəbul etməyiblər”,- deyə Zeynalyan qeyd etdi.
May ayının əvvəlində, üç əsir qayıtdıqdan sonra Bakı bildirdi ki, Azərbaycanda əsirlikdə olan 69 erməni var. Artak Zeynalyanın sözlərinə görə, təcili tədbirlər üçün yeni müraciətlər verilib.
“Bizim əlimizdə bu insanların girov götürüldüyü, onların taleyinə görə Azərbaycanın cavabdeh olduğu barədə dəlillər var. Onların sayı 123-ə çatıb”,- deyə Zeynalyan vurğuladı.
Vəkillik qrupu daha əvvəl 19 hərbi əsirlərə qaeşı işgəncə, öldürmə və həbs cəzası iddiaları ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi. Azərbaycanın müharibə cinayətləri ilə bağlı yeni məlumatları var, yayacaqlar.