“Bakıda Ermənistanın iki vətəndaşı Alyoşa Xosrovyan və Lyudvig Mkrtçyana qarşı başlayan əsassız məhkəmə prosesi Azərbaycanın beynəlxalq humanitar hüququ pozmasının növbəti kobud təzahüründən başqa bir şey deyil.
Əsir götürülmüş şəxslər aylardır qanunsuz olaraq Azərbaycandadırlar, onlara qarşı saxta ittihamlar irəli sürərək onları məsuliyyətə cəlb etməyə çalışırlar. Bu məsələdə Ermənistanın rəsmi mövqeyi 9 noyabrda imzalanan bəyanatın müddəalarının, o cümlədən əsirlərin və girovların təhlükəsiz şəkildə geri qaytarılması və münaqişə bölgəsində sabitlik və sülhün bərqərar olması ilə bağlı məsələlərin yerinə yetirilməsində olduğu kimi qalır.
Bir daha qeyd edmək lazımdır ki, əsir götürülmüş vətəndaşlar ilk növbədə, Avropa İnsan Hüquqları Konvensiyasının və Cenevrə Konvensiyasının müddəaları ilə qorunur, əsir götürülmüş vətəndaşlarımıza qarşı hər hansı bir təcavüz üçtərəfli bəyanatda göstərilən razılaşmaların həyata keçirilməsini pozur.
Çoxsaylı iddialarımıza, beynəlxalq təşkilatların reaksiyasına baxmayaraq, Azərbaycan insan haqlarını pozmağa davam edir və indi də saxta ittihamla vətəndaşlarımızın vətənə qayıtmasını təxirə salmağa çalışır”,- deyə Parlamentinin “Mənim addımım” fraksiyasının deputat Nazeli Bağdasaryan bildirdi.