Mayın 24-də ER Xİ nazirinin vəzifəsini icra edən Ara Ayvazyan İranın ER-dakı səfiri Abbas Badaxşan Zohurini qəbul etdi.
Görüşdə regional təhlükəsizlik və sülh məsələlərinə, ER sərhədyanı bölgələrində Azərbaycanın təxribatçı hərəkətləri nəticəsində yaranmış vəziyyətə toxunuldu. Ara Ayvazyan Ermənistanın suveren ərazisinə daxil olmuş Azərbaycan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasının vacibliyini vurğuladı.
Həmsöhbətlər Ermənistan-İran gündəmindəki bir sıra məsələlər barədə fikir mübadiləsi apardılar. Son zamanlarda həyata keçirilən yüksək səviyyəli səfərlər və nəticədə əldə olunan razılaşmaların həyata keçirilməsinə xüsusi əhəmiyyət verildi.