Mayın 23-də saat 11:00-a olan məlumatlara görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 221948-ə çatıb, 211057 nəfər sağalıb, 4392 nəfər vəfat edib. Hazırda ölkədə 5425 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 1060108 test aparılıb.
Dünən 2963 test aparılıb, koronavirus infeksiyasına daha 68 yoluxma faktı qeydə alınıb. 222 nəfər müalicə olunaraq sağalıb və 6 nəfər vəfat edib.
Əvvəlki gün 1 ölüm hadisəsi qeydə alınıb, lakin ölüm başqa xəstəlik səbəbindən olub. Bu cür hadisələrin ümumi sayı 1074-dür.