ER Müdafiə Nazirliyi erməni hərbçilərin İranda olması barədə mətbuatda yayılan məlumatlara toxunaraq bu xəbərləri təkzib etdi.
Qeyd olunur ki, ER Müdafiə Nazirliyinin İran İslam Respublikasında hər hansı bir erməni hərbçinin olması barədə məlumatı yoxdur.
Məlumatda deyilir ki, İranın ER-dakı səfirliyi bəzi erməni KİV-lərdə 160 erməni hərbçinin İranda olması və onların qaytarılmasıilə bağlı ilkin şərtlərin irəli sürülməsi ilə bağlı yayılan xəbərləri əsassız hesab etdi və təkzib etdi.
Bundan başqa, məsələ ilə bağlı ER Müdafiə Nazirliyi hələ aylar əvvəl iranlı həmkarları ilə müzakirələr apardı və nəticədə İranda erməni hərbçilərin ola biləcəyi barədə şayiələr təsdiqlənmədi.