Mayın 22-də saat 11:00-a olan məlumatlara görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 221880-ə çatıb, 210835 nəfər sağalıb, 4386 nəfər vəfat edib. Hazırda ölkədə 5586 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 1057145 test aparılıb.
Dünən 4138 test aparılıb, koronavirus infeksiyasına daha 181 yoluxma faktı qeydə alınıb. 371 nəfər müalicə olunaraq sağalıb və 15 nəfər vəfat edib.
Əvvəlki gün 1 ölüm hadisəsi qeydə alınıb, lakin ölüm başqa xəstəlik səbəbindən olub. Bu cür hadisələrin ümumi sayı 1073-dür.