Artsax Xarici İşlər Nazirliyi, mayın 20-də Avropa Parlamentinin təcili müzakirələr nəticəsində qəbul etdiyi və Avropa Parlamentinin Azərbaycan-Türkiyə tandeminin Artsax xalqına qarşı başlatdığı müharibə zamanı və ondan sonra əsir götürülmüş bütün şəxslərin dərhal, qeyd-şərtsiz azad edilməsini tələb etdiyi qətnaməni alqışlayır.
"Avropa Parlamenti üzvlərinin böyük əksəriyyətinin Azərbaycanın beynəlxalq öhdəliklərini, xüsusilə də Avropa İnsan Hüquqları Konvensiyası və Cenevrə Konvensiyaları çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün davamlı təzyiq yolu ilə bu vacib humanitar məsələni həll etmək səylərini qiymətləndiririk. Bu qətnamə beynəlxalq birliyin erməni əsirlərin geri qaytarılması üçün kollektiv səylərinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir.
Məmnuniyyətlə qeyd edirik ki, qətnamə Artsaxın təhlükəsizliyinə və Azərbaycanın işğalı altındakı ərazilərdə Artsaxın mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Xalqların bərabər hüquqları və millətlərin öz müqəddəratını təyinetmə hüququnun Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirmək üçün vacib prinsiplər olduğununa dair Avropa Parlamentinin iddiasını vacib sayırıq.
Mayın 19-da Avropa Parlamenti tərəfindən qəbul edilmiş AB-yə və üzv ölkələrə "irqçi sağçı ekstremist" Boz Qurdlar hərəkatını terror təşkilatı kimi təsnif etməyə, habelə AB üzv dövlətlərindəki fəaliyyətlərini qadağan etməyə çağıran qətnaməni alqışlayırıq. Qətnamə bölgədəki ekstremizm və irqçiliyə qarşı mübarizədə vacib addımdır”- deyə Artsax XİN-in bəyanatında qeyd edilib.