ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ER prezidenti Armen Sargsyanla görüşüb.
Görüş zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə, Ermənistanın suveren ərazisinə daxil olan Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin qovulması və Ermənistanın ərazi bütövlüyünə təcavüzlərin aradan qaldırılması üçün atılan addımlara toxunuldu.
Delimitasiya və demarkasiya işləri ilə bağlı Ermənistanın mövqeyi və təqdim etdiyi ilkin şərtlər barədə də fikir mübadiləsi aparıldı.
Yalnız sonuncuların qəbul olunması təqdirdə, bu istiqamətdə müvafiq müzakirələrə başlamaq üçün lazımi şərait yaradılacağı vurğulandı.