2021-ci il mayın 20-də Litva Respublikasının Seymində Ermənistan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun üzvləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanat qəbul ediblər. Bu barədə ER-nın Litvadakı səfirliyi məlumat yayıb.
Bəyanatda deyilir ki, Litva Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyir.
Deputatlar Ermənistanla Azərbaycan arasındakı gərginliyin artmasından və Ermənistan ərazilərinə daxil olması xəbərlərindən narahat olduqlarını bildiriblər.
Litva Respublikası Seymində Ermənistan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun üzvləri bütün tərəfləri 10 noyabr atəşkəs razılığına tam əməl etməyə və münaqişənin sülh yolu ilə həllinə dair danışıqları davam etdirməyə çağırıblar. Atəşkəsə təhlükə yaradacaq və gərginliyi artıracaq bütün hərəkətləri dayandırmağa çağırılır.
Azərbaycanın qüvvələrini dərhal geri çəkməsi gözlənilir.