Mayın 20-də İqtisadiyyat naziri vəzifəsini icra edən Vaհan Kerobyan, İran İslam Respublikasının “Sosial Təminat İnvestisiya Şirkətinin” İcraçı direktoru Məhəmməd Rezvanifarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Şirkət İran iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən holdinglərdən ibarətdir.
Görüş zamanı İran şirkətinin Ermənistan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyma perspektivləri müzakirə edildi.
İki ölkə arasında dostluq və möhkəm ticarət-iqtisadi əlaqələrin qurulduğunu vurğulayan tərəflər, Ermənistan-İran əməkdaşlığının yaxın gələcəkdə inkişafına və genişlənəcəyinə, xüsusən bunun üçün istifadə olunmamış böyük potensialın olduğuna inandıqlarını bildirdilər.