Azərbaycan Şuşidəki Müqəddəs Qazançetsots Kilsəsinin erməni memarlıq görünüşünü təhrif etmək üçün kilsənin günbəzini “təmir işləri” ad altında qaldırdı. Bakı, BMT Təhlükəsizlik Şurasının 2347 saylı qətnaməsini pozaraq, Artsaxdakı erməni kilsələrinin “albanlaşdırılması” ilə bağlı anti-elmi tezislər irəli sürür.
Rusiya tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi reaksiyası necədir?
“Lurer”-in bu sualına RF XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova cavab verib və qeyd edib ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə tarixi və mədəni irsin qorunması məsələsi rəsmi Bakı və rəsmi Yerevanla təmaslarında mütəmadi olaraq müzakirə olunur.
“Bu məsələ Sergey Lavrovun Ermənistan və Azərbaycana son işgüzar səfəri zamanı da müzakirə olunub. Bölgədə YUNESKO missiyasının dərhal təşkil olunmasının tərəfdarıyıq, ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində işləyirik. Həmsədrlər tərəfindən bu il aprelin 13-də qəbul edilən bəyanatda deyilir, ki dini və mədəni irsin qorunması və mühafizəsi üçün Azərbaycan və Ermənistan əlavə səy göstərməlidirlər”.