Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov, ER Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin sərhədlərin demarkasiyasına dair sosial şəbəkələrdə yayılan guya “bəyanatın”a toxunub. Peskov bu cür “təsadüfi nəşrlər” ilə bağlı təmkinli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırıb.
“Ümumiyyətlə, bu, çox kövrək substansiyadır və vəziyyətin tənzimlənməsi üçün ciddi səylər göstərilir, bu cür təsadüfi nəşrlərə çox təmkinli yanaşmaq və yalnız rəsmi mənbələrə istinad etmək lazımdır”- deyə Peskov dünən sosial şəbəkələrdə yayılan üçtərəfli bəyanatın mətninə münasibət bildirmək ilə bağlı “RİA Novosti”nin suala cavab olaraq qeyd edib.