Avropa Parlamentinin litvalı üzvü Petras Austreviçus, Avropa Parlamentinin plenar iclasında təəssüflə bəyan edib ki, Cənubi Qafqazdakı münaqişələr və müharibə dialoq, əməkdaşlıq və sülhü əngəlləyir.
“Ermənistanla Azərbaycan arasındakı payızdakı müharibə böyük itki və əzaba səbəb olan faciə idi. Dinc yanaşı yaşamaq, əsirlərin, girovların və digər məhbusların sərbəst buraxılması üçün mümkün olan hər şeyi etmək lazımdır"- deyə AP deputatı bəyan edib.
Austreviçus vurğulayıb ki, AB-nin münaqişə dövründə passiv müşahidəçi rolu olub və müharibənin qarşısını almaq öz təsirindən istifadə etməyib. Onun sözlərinə görə, Avropa Birliyi sülh prosesində fəal iştirak etməlidir.