Avropa Parlamentinin deputatı Tom Vandenkendenlaer Avropa Parlamentinin iclasında erməni əsirləri ilə bağlı müzakirələrə toxunub.
“Açıq şəkildə bildirək ki, erməni əsirləri cinayətkar kimi qiymətləndirilə bilməzlər. Ermənistan və Azərbaycan Şərq Tərəfdaşlığının üzvləridir və bir-biri ilə müharibə edə bilməzlər. Azərbaycana kifayət qədər təzyiq göstərilməlidir, cəzasız qala bilməzlər. Düşünürəm ki, insan haqları pozuntuları ilə bağlı istintaq aparılmalıdır"- deyə AB deputatı qeyd edib.