Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsini müzakirə etdilər.
Arktika Şurasının bağlanış tədbirindən sonra keçirilən ikitərəfli görüş barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
“Dövlət katibi Suriya xalqının humanitar yardımla təmin olunmasının vacibliyini vurğulayıb. Onlar regional məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında olan münaqişənin uzunmüddətli siyasi həllinin yollarını da müzakirə etdilər”,-Prays qeyd edib.